Azərbaycanda siyasi partiyaların qeydiyyat qaydası dəyişib

12:57 20 İyun 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 13:56 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda siyasi partiyaların qeydiyyat qaydası dəyişib.

APA-nın məlumatına görə, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na əsasən, partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə təsisçilər və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə (2 nüsxədə), nizamnamənin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması, proqramın qəbul olunması barədə qərarlar, dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu dövlət büdcəsinə nağd şəkildə ödənildiyi halda bank qəbzinin əsli,  ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi), siyasi partiyaların rəhbər orqanlarının qərargahının yerləşdiyi yer barədə təsisçilərin qərarı, qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, partiya üzvlərinin sayını təsdiqləyən sənəd,  təsis qurultayının keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat və siyasi partiyanın proqramı əlavə edilib.

 

Ədliyyə Nazirliyinin Kollegiyasının “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nda etdiyi dəyişikliyə əsasən ərizəyə əlavə edilən sənədlərin sayı artıb. Bu sıraya təşkilatı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd (olduğu halda) əlavə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR