"Caspian Marine Services" Xəzərdə işlər üçün yeni gəminin inşası üzrə podratçını seçib

"Caspian Marine Services" Xəzərdə işlər üçün yeni gəminin inşası üzrə podratçını seçib
14:28 20 İyun 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Maksim Tsurkov/

"Caspian Marine Services" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə alyans çərçivəsində Avstraliyanın "Austal" gəmiqayırma şirkətini Xəzərdə iş aparmaq üçün 70 metrlik sürət sərnişin gəmisinin inşası üzrə podratçı qismində seçib.

Bu barədə Trend "Austal" şirkətinə istinadən məlumat verir.

Müqavilənin dəyəri təqribən 34 milyon dollardır. Məlumatda deyilir: "150 sərnişin tutumu olacaq gəmi "Austal"ın iki zavodunda tikiləcək. Gəmi 2016-cı ildə yığılmağa hazır olacaq. O, Xəzər dənizində SOCAR və BP-nin platformalarına insan və yük daşıyacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2408708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR