Britaniyalı tədqiqatçı Xəzər Universitetində

Britaniyalı tədqiqatçı Xəzər Universitetində
14:28 20 İyun 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Xəzər Universitetində Böyük Britaniya və Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı üçün kiçik qrant layihəsi çərçivəsində Bradford Universitetinin mühəndislik və informatika fakültəsinin hüceyrə və toxuma mühəndisliyi departamentinin tədqiqatçısı Bəhruz Xaqani ilə görüş keçirilib.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali məktəbin təhsil fakültəsi biologiya elmləri departamentinin dosenti Günay Əkbərova layihə üzrə Bradford Universitetində olduğu müddətdə apardığı işlər barədə məlumat verib.
Sonra britaniyalı tədqiqatçı “Biomateriallara giriş”, “Tibbi cihazların dizayn edilməsinə giriş”, “Hüceyrə və toxuma mühəndisliyinə giriş” mövzularında mühazirələr oxuyub, eyni zamanda, tibbdə istifadəsi nəzərdə tutulan ilkin biomaterialları nümayiş etdirib, sualları cavablandırıb.
Görüşdə, həmçinin iki ali təhsil müəssisəsi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyali_tedqiqatchi_Xezer_Universitetinde-865617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR