"Bakı-2015": Atıcılıqda 2 dəst medal sahibini tapdı

I Avropa Oyunlarında atıcılıq üzrə yarışlar davam edir.

Metbuat.az-ın xəbərinə görə, bu gün artıq iki dəst medal sahibini tapıb. Kişilərdə 50 m-dən tapança ilə və qadınlarda 25 m-dən tapançayla atəş yarışlarında qaliblər müəyyənləşib.

Kişilərin mübarizəsində Damir Mikec (Serbiya) qızıl, Pavol Kopp (Slovakiya) gümüş və nəhayət, Ömər Abdullah Alimoğlu (Türkiyə) bürünc medal qazanıb. Qadınların 25 m-dən tapançayla atəş yarışında isə Heydi Diethelm Qerber (İsveçrə) birinci olub. Antoaneta Boneva (Bolqarıstan) gümüş medala sahib çıxıb. Monika Karsç (Almaniya) bürünc medalla kifayətlənib.

Hazırda qadınların dairəvi stend mübarizəsində təsnifat mərhələsi davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR