“Bakı-2015”: Azərbaycan boksçusu 1/4 finala çıxıb

14:47 20 İyun 2015
69 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 14:43 ]

Bakı – APA. “Bakı-2015” Avropa Oyunlarında boks yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçiriləcək.

 

Bunun 4-də kişilər, 2-də qadınlar mübarizə aparacaqlar. Azərbaycan yığmasının 2 boksçusu bu gün rinqə çıxacaq. Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) ardınca Elvin Məmişzadə və Albert Səlimov da adını 1/4 finala yazdırmağa çalışacaq.

 

Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Avropa çempionumuzun rəqibi əvvəlki döyüşündə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gələn Mayls Kesi (İrlandiya) olub. 23 yaşlı boksçumuz ilk görüşündə özünü yaxşı tərəfdən göstərib. Hər 3 raunda inamlı təsir bağışlayan Elvin ciddi çətinlik çəkmədən mərhələ adlayıb – 3:0 (29:27; 30:25; 29:28).

 

WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirəcək. İdmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gələcək. Boksçumuz rinqə saat 15:15-də çıxacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR