Azərbaycanda yeni yol salınır (FOTO)

Azərbaycanda yeni yol salınır (FOTO)
14:01 20 İyun 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan-Salyan avtomobil yolunda yenidənqurulur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin ANS PRESS-ə verdiyi məlumata görə, artıq yolun 5 kilometr hissəsində asfalt-beton örtüyün üst qatı frez maşınları ilə qaşınıb, yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, 5 kilometrlik hissədə torpaq yatağı tikilib, karbonat materialı tökülərək kipləşdirilib, 2.3 kilometr hissədə isə 30 sm qalınlıqda əsas tikilib.

Ötən gündən etibarən isə yolun Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində təmir-tikinti işlərinə başlanılıb. Ərazidə yol yatağı asfalt-beton örtüyünün döşənməsi üçün tam hazır vəziyyətə gətirilib və artıq sözügedən hissədə asfaltlanma işlərinə start verilib.

Şirvan-Salyan avtomobil yolunda aparılan yenidənqurma işləri şəxsən Nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. İşlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qeyd edək ki, uzunluğu 31 kilometr olan Şirvan-Salyan avtomobil yolunun 23 kilometri, yerli əhəmiyyətli M-3 (47 km, Fəhlə qəsəbəsi-Çadırlı avtomobil yolu) Nəqliyyat Nazirliyinin, qalan 8 kilometri isə Şirvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətinə aiddir. Yolun III dərəcəyə uyğun yenidən qurulması üçün hazırlanmış layihə-smeta sənədlərinə əsasən, torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni 7 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni 2.5 metrdir.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=352088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR