"İlk Avropa Oyunları olimpiya qələbəsi üçün önəmli addım ola bilər"

"İlk Avropa Oyunları olimpiya qələbəsi üçün önəmli addım ola bilər"
14:05 20 İyun 2015
57 İdman
Ölkə mətbuatı
A- A+

İlk Avropa Oyunları olimpiya qələbəsi üçün önəmli addım ola bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ukraynanın üzgüçülük idman növü üzrə təmsilçisi Andrey Serdinov yerli mətbuata açıqlamasında bildirib ki, "Bakı 2015" Avropa Oyunları olimpiada səviyyəsində keçirilir.

O bildirib ki, açılış mərasimi, eləcə də, yarışların təşkili tam olimpiya standartlarına cavab verir: "Burada bütün idmançılar olimpiya kəndində yaşayırlar. Bu, müxtəlif ölkələrin nümayəndələrinə bir-birilə tanış olmaq, ünsiyyət qurmaq imkanı yaradır".

Ukraynalı idmançı həmçinin bildirib ki, Avropa oyunları gənc idmançılar üçün də mühüm əhəmiyyətə malikdir: "Burada iştirak edən gənc idmançılar beynəlxalq yarışların, olimpiadaların atmosferini hiss etmək imkanı qazanır. Ümumiyyətlə, Bakı 2015 Ukraynalı idmançılar üçün də ilk beynəlxalq təcrübə oldu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR