x
Loading...

Əli Sağırkaya: Azərbaycan ilk Avropa Oyunlarını keçirməklə tarix yazdı

Əli Sağırkaya: Azərbaycan ilk Avropa Oyunlarını keçirməklə tarix yazdı
14:08 20 İyun 2015
46 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 20 iyun, Məmməd İsayev, AZƏRTAC
Azərbaycan “Bakı-2015”ə çox yüksək səviyyədə hazırlaşıb. Taekvondo yarışlarının keçirildiyi “Baku Crystal Hall”da ideal şərait var. Burada son texnologiyalardan istifadə olunub. Bundan daha yaxşı təşkilatçılıq olacağını zənn etmirəm. Digər xarici həmkarlarım da idman obyektlərinin gözəl olduğunu etiraf edirlər. İlk Avropa Oyunlarında iştirak edən taekvondo üzrə milli komandalar üçün yüksək səviyyədə şərait yaradılıb.
Bu sözləri “Baku Crystal Hall”da keçirilən taekvondo yarışlarında Dünya Takevondo Federasiyasının auditoru, Avropa Taekvondo Federasiyasının idarə heyətinin üzvü və Türkiyə Taekvondo Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin əlaqələndiricisi, “Bakı-2015”in taekvondo üzrə yarışlarının supervayzeri Əli Sağırkaya AZƏRTAC-a müsahibəsində bildirib.
İlk Avropa Oyunlarının supervayzeri qeyd edib ki, yarışlar yüksək səviyyədə keçirilir. Düşünürəm ki, bu yüksək səviyyəli təşkilatçılıq ilə Azərbaycan gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə ən real namizəddir. Gözəl mehmanxanalarınız, idman obyektləriniz mövcuddur, nəqliyyat məsələləri yüksək səviyyədə həll edilib, mükəmməl infrastruktur yaradılıb. Avropa Oyunlarını keçirərək daha çox təcrübə qazanacaqsınız. Azərbaycan 2024-cü ildəki Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizədliyini irəli sürəcəyi təqdirdə inanıram ki, buna nail olacaq. Hesab edirəm ki, bu böyük idman tədbirindən sonra Avropa Oyunları tarixində bu cür yüksək təşkilatçılıq çətin ki, olsun. Azərbaycan səviyyəni o qədər yüksəkdə saxladı ki, bu baxımdan daha ölkənizə heç bir ölkə çata bilməz. Mən Türkiyə vətəndaşı olaraq qardaş Azərbaycanın təşkilatçılığından həqiqətən qürurlandım.
Əli Sağırkaya deyib ki, “Bakı-2015”in açılış mərasimi həqiqətən fantastik idi. Qardaş Azərbaycan öz tarixini, mədəniyyətini, ədəbiyyatını dünyaya təqdim edə bildi.
Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və onun komandası Oyunların yüksək səviyyədə təşkili üçün inanılmaz bir iş görüb. Bu Oyunların təşkilati məsələlərini idarə etmək üçün peşəkar olmaq lazımdır. Bu peşəkarlıq, sadəcə, işləməklə qazanılmaz, həm də istedadın olması vacibdir. Gördüyüm qədər hər şey mükəmməl dərəcədə təşkil edilib. İnanılmaz hazırlıq prosesi olub. Yaradılan idman infrastrukturu Azərbaycan idmançılarının yarışlarda uğurlu nəticələr qazanmasına gətirib çıxarıb. Ona görə mən dünya səviyyəsində yarışlar təşkil edildiyi üçün bu işdə zəhməti olan hər kəsə, başda Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva olmaqla minnətdarlığımı və təbriklərimi çatdırıram.
Türkiyə də taekvondoda bürünc medal qazandı. Bu Oyunlar həm də “Rio-2016” Yay Olimpiya Oyunlarına hazırlaşmaq üçün pillədir. Biz Türkiyə vətəndaşları olaraq azərbaycanlı idmançı qardaşlarımızın yarışlardakı nəticələrinə sevinirik. Çünki ulu öndər Heydər Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Bizim uğurlarımız sizin qürurunuz, sizin uğurlarınız isə bizim qürurumuzdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ali_Sagirkaya_Azerbaycan_ilk_Avropa_Oyunlarini_kechirmekle_tarix_yazdi-865631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR