Qalmaqal: "Bu Esmiraldodu, Samiraldodu, nədi..."

Qalmaqal: "Bu Esmiraldodu, Samiraldodu, nədi..."
15:11 20 İyun 2015
111 Şou
Ölkə mətbuatı
A- A+

Şou-biznesdə daha bir qalmaqalın təməli qoyuldu. ANS PRESS-in məlumatına görə, vaxtaşırı müğənnilərin səhnə geyimlərini tənqid edən Samiraldo əməkdar artist Almaz Ələsgərovanın qəzəbinə tuş gəlib.

Tanınmış müğənni sosial şəbəkədə qalmaqallı stilist Samiraldo barədə sərt fikirlər yazıb.

Əməkdar artist, "Bu Esmiraldodu, Samiraldodu, nədir bilmirəm, zəhləm gedir bundan. Hamını tənqid eləyir, getsin öz gününə baxsın. Heç yazıq - zadda deyil, yazıq ilan vursun onu. Səviyyəsiz!" - yazaraq stilisti təhqir edib.

Samiraldonun cavabı özünü çox gözlətməyib. Stilis Almaz xanıma elə onun sözügedən şərhinin altında belə cavab verib: "Siz çox mədəni xanımsız, həm də çox zövqsüz xanımsız".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=352059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR