20 Yanvar şəhidlərinin xatirəsi Qarsda da anılıb

20 Yanvar şəhidlərinin xatirəsi Qarsda da anılıb
14:33 21 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Qars, 21 yanvar, AzərTAc
Azərbaycanın Qars şəhərindəki baş konsulluğu 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi təşkil edib.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra baş konsul Ayxan Süleymanlı çıxış edərək 20 Yanvar faciəsinin baş vermə səbəblərindən danışıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş hərbi cinayətə görə M.Qorbaçov başda olmaqla keçmiş sovet imperiyasını kəskin ittiham etdiyini diqqətə çatdıran baş konsul bildirib ki, sonrakı illərdə bu faciəyə Ümummilli Liderin təşəbbüsü və qətiyyətli mövqeyi sayəsində siyasi-hüquqi qiymət verilib, şəhidlərimizin adı əbədiləşdirilib. 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, sağlamlığını itirən insanlara dövlət qayğısı göstərilir.
Digər çıxış edənlər 20 Yanvar faciəsinin dəhşətlərindən söhbət açıblar. Bildiriblər ki, Azərbaycan və Türkiyə xalqları Vətən uğrunda şəhid olan qəhrəman övladlarının əziz xatirəsini həmişə olduğu kimi, bundan sonra da uca tutacaqlar.
Çıxışlardan sonra qarslı şair Murat Şanlı 20 Yanvar şəhidlərinə həsr etdiyi “Azərbaycan” şeirini oxuyub.
Daha sonra faciə ilə bağlı film nümayiş olunub.
İştirakçılar baş konsulluq tərəfindən hazırlanan, 20 Yanvar faciəsindən bəhs edən fotostendlə tanış olublar.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidlerinin_xatiresi_Qarsda_da_anilib-826358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR