x
Loading...

Çexiya xarici ölkələrdəki 40-dan çox səfirliyini bağlaya bilər

Çexiya xarici ölkələrdəki 40-dan çox səfirliyini bağlaya bilər
14:23 20 İyun 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+
.


Bakı, 20 iyun, AZƏRTAC
Çexiyanın Xarici İşlər Nazirliyi sərt iqtisadi siyasət çərçivəsində qəti tədbirlərə əl ata bilər. Diplomatik xidmət vəsait çatışmazlığı səbəbindən 45-dək səfirliyi bağlayaraq 270-ə yaxın işçini ixtisar etməyi düşünür.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, artıq nazirlik bu barədə təkliflərini müzakirə üçün parlamentə göndərib. Sənəddə maliyyənin ixtisarının milli valyuta – kronun məzənnəsinin aşağı düşməsi ilə bağlı olduğu göstərilir. Belə ki, xaricdə yerləşən səfirliklər əməliyyatları yerli valyuta ilə həyata keçirirlər.
Belə məlum olur ki, Çexiya Prezidenti Miloş Zemanın açılmasında israr etdiyi Çinin Çendu şəhərindəki konsulluq da ixtisara düşə bilər.
Bununla yanaşı, Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir ki, maliyyə problemlərinin qalacağı təqdirdə Çexiya özünün xarici siyasət prioritetlərinə yenidən baxmağa məcbur olacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHexiya_xarici_olkelerdeki_40_dan_chox_sefirliyini_baglaya_biler-865639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR