İnsanla danışan robot (VİDEO)

İnsanla danışan robot (VİDEO)
14:36 20 İyun 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Softbank Corp" şirkətinin insan emosiyalarını anlayan «Pepper» robotları bir dəqiqəyə satılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yazılıb.

Bildirilir ki, şirkət hazırda əlavə sifarişlər qəbul etməyə hazır deyil. Robotlar 198 min yen (1600 dollar) qiymətinə satışa çıxarılıb. "Pepper" üçün onlayn sifarişlərə başlayıb. Satışa çıxarılan robotların sayı 1000 ədəd olub və hamısı alınıb. Robotu 1500 yen qiymətinə bir saatlıq icarəyə də götürmək olar. Bu robot yemək bişirə, müxtəlif işləri görə bilmir. Ancaq insanın hisslərini anlayır, onun həmsöhbətinə çevrilir.

"Softbank"ın prezidenti Masayoşi Son deyib ki, robot çoxlu kamera və ötürücülərlə təchiz edilib. Bu, ona insan emosiyalarının bütün spektrini - sevinc, kədər, qorxu, həyəcan, əsəb hisslərini anlamağa imkan verir. Vəziyyətdən asılı olaraq "Pepper" zarafata gülə və ya sahibini sakitləşdirir. Robot şərait və insanın üz ifadəsindən asılı olaraq, müxtəlif vəziyyətə düşür. Bu, insanı ruhlandırır, özünü aktiv aparır, bəzən isə tənhalığa qapılır."

Xatırladaq ki, gələn ildən başlayaraq robotların ölkə xaricində satışına başlanılacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR