"Bakı-2015": Nəzərli finişə çatmadı, Pavluxina 32-ci oldu

"Bakı-2015": Nəzərli finişə çatmadı, Pavluxina 32-ci oldu
15:47 20 İyun 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2015" I Avropa Oyunları çərçivəsində şosse velosipedi üzrə yarışlar davam edir. Fanat.az xəbər verir ki, bu gün qadın velosipedçilərin şosse yürüşü keçirilib.

 

Finiş xətti Azadlıq meydanında olan yürüşdə 66 idmançı çıxış edib. Yürüşdə Azərbaycan yığma komandasının 2 üzvü qüvvəsini sınayıb.

 

Start xəttinə çıxan Alyona Pavluxina və Ülfət Nəzərlidən yalnız biri finişə çatıb. Məsafəni 3 saat 25 dəqiqə 57 saniyəyə qət edən Alyona 32-ci yeri tutub.

 

Ülfət isə məsafəni sonadək qət edə bilməyib. 25,6 km məsafədəki ara finişə sonuncu çatan (49 dəqiqə 23 saniyə) velosipedçimiz yarışı dayandıraraq, növbəti məntəqəyə çatmayıb.

 

Qeyd edək ki, sabah kişilərin şosse yürüşü keçiriləcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-nzrli-fini-catmad-pavluxina-32-ci-oldu-t41786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR