Şirvan-Salyan avtomobil yolunda yenidənqurma işləri davam etdirilir

Şirvan-Salyan avtomobil yolunda yenidənqurma işləri davam etdirilir
15:58 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Şirvan-Salyan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Artıq yolun 5 kilometr hissəsində asfalt-beton örtüyün üst qatı frez maşınları ilə qaşınıb, yararsız qrunt kənara daşınıb, karbonat materialı tökülərək kipləşdirilib, 2,3 kilometr hissədə isə 30 santimetr qalınlıqda özül tikilib.
Bu barədə AZƏRTAC-a “Azəryolservis” ASC-dən bildirilib.
Məlumata görə, ötən gündən etibarən yolun Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində təmir-tikinti işlərinə başlanılıb. Ərazidə yol yatağı asfalt-beton örtüyünün döşənməsi üçün tam hazır vəziyyətə gətirilib və artıq sözügedən hissədə asfaltlanma işləri aparılır.
İşlər yüksək keyfiyyətlə və tərtib olunmuş cədvələ uyğun həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Xatırladaq ki, uzunluğu 31 kilometr olan Şirvan-Salyan avtomobil yolunun 23 kilometri, yerli əhəmiyyətli M-3 (47 kilometr, Fəhlə qəsəbəsi-Çadırlı avtomobil yolu) Nəqliyyat Nazirliyinin, qalan 8 kilometri isə Şirvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətinə aiddir.
Yolun III dərəcəyə uyğun yenidən qurulması üçün hazırlanmış layihə-smeta sənədlərinə əsasən, torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni 7 metrdir.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sirvan_Salyan_avtomobil_yolunda_yenidenqurma_isleri_davam_etdirilir-865651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR