İstanbulda nəhəng iftar süfrəsi (VİDEO)

İstanbulda nəhəng iftar süfrəsi (VİDEO)
16:01 20 İyun 2015
237 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda 2 min metr uzanan nəhəng iftar süfrəsi verilib.

ANS TV-nin məlumatına görə, Ramazanın 2-ci günündə Memar Sinan məhəlləsində gerçəkləşən iftarda 6 minə yaxın vətəndaş, həmçinin yerli məmurlar və təşkilatçılar iştirak edib.

Avtomobillərin girişinə müvəqqəti olaraq qadağa qoyulmuş küçədə ilk əvvəl masalar qurulub, sonra 2 kilometrə qədər uzanmış süfrəyə təamlar və sular gətirilib. Azanın səslənməsindən sonra minlərlə vətəndaş iftar süfrəsi başında Ramazan ayının gözəlliyini və bərəkətini birgə şəkildə yaşayıb.

Sultanbəyli Bələdiyyəsi Ramazan ayı boyunca 15 ayrı məhəllədə 15 iftar süfrəsi təşkil edəcəyini elan edib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=352068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR