İdman gimnastikası üzrə final yarışları keçirilir

16:08 20 İyun 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışlarına start verilib.

Trend-in məlumatına görə, gimnastlar kişilər arasında sərbəst hərəkətlər, kişilər arasında gimnastika atı, qadınlar arasında dayaqla tullanma, kişilər arasında halqalar, qadınlar arasında müxtəlif hündürlüklü qollar, kişilər arasında dayaqla tullanma, qadınlar arasında gimnastika tiri, kişilər arasında paralel qollar, qadınlar arasında sərbəst hərəkətlər və kişilər arasında turnik üzrə final yarışlarında mübarizə aparır.

Azərbaycan gimnastı gimnastika atı, paralel qollar, halqalar və dayaqla tullanma üzrə final yarışlarında ölkəmizə medallar qazandırmağa çalışacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR