Bakı küçələrinin qalibi bilindi (FOTO)

Bakı küçələrinin qalibi bilindi (FOTO)
15:11 20 İyun 2015
54 İdman
Ölkə mətbuatı
A- A+

Qadınlar arasında şosse velosipedi idmanı üzrə yarışlar keçirilib.

ANS PRESS-in məlumatına görə, yarışda Azərbaycanı Ülfət Nəzərli və Olena Pavluxina təmsil edib. Velosipedçilərimizdən Ülfət Nəzərli yarışı bitirə bilməyib. Olena Pavluxina isə 3:25:57 saniyəlik göstərici ilə siyahıda 32-ci pilləni tutub.

İlk üçlükdə isə müvafiq olaraq Alena Amialiusik (Belarus/3:20:36), Katarzyna Nieviadoma (Polşa/3:20:36), Van-der-Breggen Anna (Niderland/3:20:36) qərarlaşıb.

Tanınmış hollandiyalı velosipedçi Ellen Van Deyk 3:20:54 göstəricisi ilə siyahıda 4-cü, İtaliyadan olan idmançı Rosella Ratto isə (3:22:37) 5-ci olub.

Yarışlarda iştirak edən velosipedçilərdən 16-sı finiş xəttini keçə bilməyib və oyunu yarımçıq bitirib.

Velo yarışdan fotoları sizə təqdim edirik:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR