Neymara sərt cəza

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Braziliya millisinin forvardı Neymarla bağlı qərarını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Neymar 4 matçlıq diskvalifikasiya olunub. Belə olan halda, ulduz futbolçu Amerika Kuboku-2015-də bir də meydana çıxa bilməyəcək. Braziliya Futbol Federasiyasının apellyasiya vermək haqqı var.

Kolumbiyayla görüşdə final fiti səsləndikdən sonra Neymar bilərəkdən topu Pablo Armeronun üzərinə vurmuşdu. Bunun ardından onunla Karlos Bakka arasında mübahisə yaranmış və nəticədə hakim braziliyalıya ikinci sarı vərəqəni göstərmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR