x
Loading...
.

Birinci Avropa Oyunlarında Azərbaycana medal qazandıran 30 idmançı - SİYAHI

15:23 20 İyun 2015
177 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 20 iyun, AZƏRTAC
Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunlarında azərbaycanlı idmançılar uğurla çıxış edirlər.
AZƏRTAC xəbər verir ki, indiyə qədər yarışlarda idmançılarımız 30 medal qazanaraq Rusiyadan sonra ikinci pillədə yer alıblar.
“Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan idmançılarımızın siyahısını təqdim edirik. Qeyd edək ki, Azərbaycan yığmasının daha bir neçə idman növü üzrə medal əldə etmək imkanları var.
Qızıl medallar
Firdovsi Fərzəliyev – karatenin kumite yarışları, 60 kq
Rəfael Ağayev – karatenin kumite yarışları, 75 kq
İrina Zaretska – karatenin kumite yarışları, 68 kq
Ayxan Mamayev – karatenin kumite yarışları, 84 kq
Rəsul Cunayev - yunan-Roma güləşi, 71kq
Elvin Mürsəliyev - yunan-Roma güləşi, 75kq
Mariya Stadnik – qadınlar arasında sərbəst güləş, 48 kq
Anjela Doroqan – qadınlar arasında sərbəst güləş, 53 kq
Toğrul Əsgərov - sərbəst güləş, 65 kq
Xetaq Qazyumov – sərbəst güləş, 97 kq
Ayxan Tağızadə - taekvando, 68 kq
Milad Beyqi Harçeqani – taekvando, 80 kq
Radik İsayev – taekvando, 80 kq
Gümüş medallar
Oleq Stepko – idman gimnastikası
Valentin Demyanenko – kanoe, 200 metr məsafəyə
Fəridə Əzizova – taekvando, 67 kq
Rafiq Hüseynov – yunan-Roma güləşi, 80 kq
Sabahi Şəriəti – yunan-Roma, 130 kq

Bürünc medallar
İlahə Qasımova – karate, 55 kq
Niyazi Əliyev – karate, 67 kq
Həsən Əliyev – yunan-Roma güləşi, 66 kq
Elman Muxtarov – yunan-Roma güləşi, 59 kq
Cəbrayıl Həsənov – sərbəst güləş, 74 kq
Hacı Əliyev – sərbəst güləş, 61 kq
Rostislav Pevtsov – triatlon
Ruslan Dibirhacıyev – sərbəst güləş, 70 kq
Nataliya Sinişin – qadınlar arasında sərbəst güləş, 58 kq
Cəmaləddin Məhəmmədov – sərbəst güləş, 125 kq
Patimat Abakarova – taekvando, 49 kq
Həmçinin Azərbaycanın Petro Paxnyuk, Eldar Səfərov və Oleq Stepkodan ibarət komandası idman gimnastikası üzrə ilk Avropa Oyunlarının bürünc medalına layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_Avropa_Oyunlarinda_Azerbaycana_medal_qazandiran_30_idmanchi___SIYAHI-865663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR