Abel Məhərrəmov: “BDU Yaponiyanın bir sıra şirkətləri ilə innovativ texnologiyalar sahəsində sıx əməkdaşlıq edir”

Abel Məhərrəmov: “BDU Yaponiyanın bir sıra şirkətləri ilə innovativ texnologiyalar sahəsində sıx əməkdaşlıq edir”
14:41 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universiteti (BDU) Yaponiyanın bir sıra şirkətləri ilə innovativ texnologiyalar sahəsində sıx əməkdaşlıq edir.
 
Bu fikri universitetin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirib.
 
Görüşdə Abel Məhərrəmov BDU-da yapon dilinin tədrisindən, iki ölkə arasında beynəlxalq əlaqələrin inkişafından söz açıb.
 
BDU-da yapon dilinin yüksək səviyyədə tədris olunduğunu diqqətə çatdıran rektor universitetdə təhsilin bakalavr və magistr səviyyələrində mütəxəssislərin hazırlandığını qeyd edib. Akademik iki dövlət arasında parlamentlərarası əlaqələrdən də söz açıb, Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib.
 
 
Minoru Kiuçi iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib, gələcəkdə təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Həqiqət İSABALAYEVA

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR