Obama amerikalıları mübarizəyə çağırdı

Obama amerikalıları mübarizəyə çağırdı
16:26 20 İyun 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Şimali Karolina ştatının Çarlston şəhərində afro-amerikanlıların kilsəsində baş verən dəhşətli qətl hadisəsi Amerikada geniş narazılığa səbəb olub.

ANS PRESS-in məlumatına görə, məsələnin ciddiliyini nəzərə alan ABŞ prezidenti Barak Obama bunu ciddi təhlükə adlandırıb və bunun irqçiliklə bağlı olduğunu söyləyib.

O, ABŞ şəhərləri merlərinin San-Fransiskoda keçirilən konfransda.deyib ki, irqçilik gənclərin şüurunu zəhərləyir və Amerika ideallarına xəyanət edir: "İrqçilik ölkə üçün təhdiddir. Çarlstonda qeydə alınan hadisə irqi terrorçuluqdur: "Mən hamını irqçiliyə qarşı mübarizəyə çağırıram. Biz buna qarşı birlikdə mübarizə aparmalıyıq. Biz böyük inkişafa nail olmuşuq, amma hər kəs ayıq olmalıdır, çünki irqçilik ölkəmizdə hələ qalır. Bu, gənclərin şüurunu zəhərləyir, bizim ideyalarımızı zəhərləyir və nəticədə demokratik dəyərlərimizi korlayır."

Xatırladaq ki, iyunun 18-də ABŞ-da afro-amerikanlıların kilsəsinə daxil olaraq 9 nəfəri qətlə yetirməkdə şübhəli bilinən 21 yaşlı kaliforniyalı Dylann Roofu Şimali Karolina ştatında tutulub. O, kilsəyə silahlı basqın edib, nəticədə 6 qadın, 3 kişi ölüb.
ABŞ-ın Ədliyyə Nazirliyi hadisəni terror aktı adlandırıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR