"Bakı-2015": İdman gimnastikasında 10 dəst medal sahibini tapır

I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlar davam edir.

Metbuat.az-ın xəbərinə görə, bu gün 10 dəst medal sahibini tapacaq. Artıq kişilərin sərbəst hərəkətlərində qalib müəyyənləşib. Migel Reyderli Santana Zapata (İspaniya) qızıl medal qazanıb. Fabian Hamuexen (Almaniya) ikinci, David Belyavski (Rusiya) isə üçüncü olub.

Təxminən beş dəqiqə sonra kişilərdə gimnastika atı üzrə final mərhələsi başlayacaq. Azərbaycan Oleq Stepko təmsil edəcək. Daha sonra qadınların dayaqla tullanma yarışında qalib müəyyənləşəcək.

Bakı vaxtı ilə 17:24-də kişilərin halqalarla yarışında final mərhələsi keçiriləcək. Azərbaycan yenə Oleq Stepkoyla təmsil olunacaq. Eyni vaxtda qadınların müxtəlif hündürlüklü qollarla yarışında da qalib bəlli olacaq.

Kişilər arasında dayaqla tullanmada yenidən Oleq Stepkoya güvənməli olacağıq. 17:51-də qadınlarda gimnastika tirində ən güclü bilinəcək.

Kişilərin paralel qolalr finalında dördüncü müxtəlif növdə Oleq Stepko ölkəmizi təmsil edəcək. Həmçinin eyni zamanda qadınlarda sərbəst hərəkətlərin finalı keçiriləcək.

Və nəhayət, son olaraq kişilərdə turnikdə final etapı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR