"Messi ilə rəqabət hər ikimizə motivasiya verir"

"Messi ilə rəqabət hər ikimizə motivasiya verir"
14:42 21 Yanvar 2015
167 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın futbolçusu Kriştianu Ronaldu "Barselona"nın hücumçusu Lionel Messi haqda yeni fikirlər səsləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı oyunçu Messi ilə arasındakı rəqabətin ona əlavə motivasiya olduğunu deyib:
 
"Bu rəqabət hər ikimizə motivasiya verir. Bu, həm mənim, həm onun, həm də inkişaf etmək istəyən gənc oyunçular üçün yaxşı haldır”.
 
Son zamanlar cərimə zərbələrini dəqiq yerinə yetirməməsi haqda sualı da cavablandıran Ronaldu öz üzərində işlədiyini söyləyib: "Hazırda sol ayağımı, sürətimi yaxşılaşdırmaq üçün çalışıram. Əks halda bu problemləri həll edə bilmərəm. Məşq etmək futbolda mənim üçün ən vacib şeydir. Əgər bir mövsümdə 60-dan çox matçda oynayıramsa, bu, özümə yaxşı baxdığıma görədir. Yaxşı yatır və düzgün qidalanıram".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR