Milli dəyərlərimiz “İtaliyan düşərgəsində” nümayiş olunub

Milli dəyərlərimiz “İtaliyan düşərgəsində” nümayiş olunub
16:38 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Ceyhun Alışov, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli geyimlərimizin dünəni və bu günü” devizi altında gerçəkləşən layihənin davamı olaraq iyunun 20–də bir qrup gənc milli dəyərlərimizin təbliği və ölkəmizin zəngin tarixi ənənələrini tanıtmaq məqsədilə “Park İnn” otelində yerləşən “İtaliyan düşərgəsi”ndə italiyalı qonaqlarla görüşüblər.
AZƏRTAC xəbər verir ki, maraqlı keçən görüşdə xarici qonaqlara üzərində Azərbaycan tarixinin və adət-ənənələrinin əks olunduğu suvenirlər, bukletlər, kəlağayı və araqçınlar barədə məlumat verilib.
Layihənin rəhbəri Arzu Məsiyev qonaqlara milli geyimlərimiz və milli yeməklərimizin tarixindən söz açıb.
“İtaliyan düşərgəsi”nin əlaqələndiricisi Kristian Milici və Daniel Kiakerili ölkəmizin zəngin tarixinin olduğunu bildirərək milli dəyərlərimizin təbliğindən məmnunluqlarını ifadə ediblər.
Sonda qonaqlara milli dəyərlərimizin əks olunduğu bir sıra hədiyyələr təqdim olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_deyerlerimiz_Italiyan_dusergesinde_numayis_olunub-865669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR