PSJ yay "transfer pəncərəsi"ndə Antuan Qrizmannı heyətinə qatmaq istəyir.
Metbuat.az "Daily Express"ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi fransız futbolçunun müqabilində "Atletiko"ya 40 milyon avro təklif edib. Madrid təmsilçisi hələlik təklifə cavab verməyib.
Geridə qalan mövsümdə 53 matçda meydana çıxan Qrizmann 25 qol, 1 məhsuldar ötürməylə yadda qalıb.