"Bakı-2015": Fransa 1/4 finalda

İtaliya yarışlara davam edə bilmək üçün axşam keçiriləcək qarşılaşmada Almaniyanı məğlub etməlidir.

Metbuat.az-ın məlumatına görə, bu gün səhər Bakı Kristal Zalında keçirilmiş kişilərin voleybol yarışında ilk qarşılaşmada Fransa Türkiyəni 3-0 (25-23, 25-19, 25-16) hesabı ilə məğlub etdikdən sonra pley-off mərhələsində öz yerini təmin edib.

Hər gün qrup qarşılaşmalarının oynanılmasına və bir oyun da qalmasına baxmayaraq fransalı məşqçi Mark Frankastel bildirib ki, o, Almaniya və Rusiya ilə qarşılaşmaqdan çəkinir. Ona görə də o, bazar ertəsi öz komandasını Serbiyaya qarşı çalışdırmayacaq.

Frankastelin komandası 10-7 hesabı ilə əvvəlcə irəli çıxıb, sonra isə 16-15 hesabı ilə az fərqlə irəlidə olub. Türkiyə 23-22 hesabı ilə irəlidə olsa da, fransız Trevor Klevenotun üç ardıcıl xalı setin taleyini həll etdi.

İkinci setdə xallar bərabər irəliləyəndə, yəni hesab 15-15 olanda, Fransa 2 xallıq fərq yaratdı. Bu da onların rahat şəkildə qələbə çalması üçün kifayət etdi.

Son setdə Fransa tərəfindən dörd ardıcıl xal qazanıldıqdan sonra, onlar 7-3 hesabı ilə irəli çıxdılar, və sonra da qələbəyə doğru irəlilədilər.

B qrupunda ardıcıl məğlubiyyətlərdən sonra, Slovakiya Belçikanı 3-1 (25-22, 19-25, 25-21, 25-19) məğlub edərək cədvəldə qırmızı əjdahalardan irəli çıxıb.

İkinci seti uduzmağına baxmayaraq Slovakiya vəziyyəti dəyişib və son iki setdə üstün olaraq qələbəni təmin edib.

B qrupundan dörddəbir mərhələsinə vəsiqə baxımından əgər İtaliya Almaniyanı axşam saat 10-da keçiriləcək qarşılaşmada məğlub etməsə, onda yarışdan kənarda qalacaq. Belə ki, Belçika da irəliləmək üçün Almaniyaya qarşı öz son oyununda qələbə çalmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR