Olimpiyaçı kokain saxlamaqda şübhəli bilinir

Olimpiyaçı kokain saxlamaqda şübhəli bilinir
16:54 20 İyun 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyalı boksçunun evinin yaxınlığında şübhəli toz tapılıb

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak etmiş britaniyalı boksçu Bredli Sonders həbs edilib. Lent.az-ın “France Presse” agentliyinə istinadən məlumatına görə, 22 yaşlı idmançı kokain saxlamaqda şübhəli bilinir.

Xüsusi təlim görmüş it noyabrın 24-də Sondersin evinin qarşısındakı çəmənlikdə içərisində 300 qramdan çox şübhəli ağ toz olan qab tapıb. Toz analizdən keçirilmək üçün laboratoriyaya göndərilib. Sonderslə birgə rəfiqəsi Stefani Elliott da tutulub. Onların hər ikisi dindirildikdən sonra zaminə buraxılıblar.

Qeyd edək ki, Pekin olimpiadasında 64 kq çəkidə çıxış edən britaniyalı boksçu medallara əsas iddiaçılar siyahısında olub. Lakin o, yarışın ikinci dövrəsindəcə uduzaraq mübarizəni dayandırıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/12850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR