x
Loading...

Azərbaycanlı zəvvarların avtobusu qəzaya uğrayıb

Azərbaycanlı zəvvarların avtobusu qəzaya uğrayıb
15:54 20 İyun 2015
89 Digər
Ölkə mətbuatı
A- A+
.

Azərbaycandan zəvvarları Həcc ziyarətinə aparan avtobus qəzaya uğrayıb.

Bu barədə APA-ya Həcc ziyarətinə gedən zəvvarlar bildiriblər. Zəvvarların sözlərinə görə, hadisə Gürcüstanın Kutaisi rayonu ərazisində baş verib. Zaqataladan olan zəvvarlara rəhbərlik edən İbrahim Əfəndinin qrupunu aparan avtobusun qəzaya uğraması nəticəsində zəvvarlardan birinin ayağı sınıb. Həmin zəvvarın ziyarəti davam etdirməsinə icazə verilməyib və o, geri qaytarılıb. Yoluna davam edən zəvvarlar bu gün Suriya ərazisinə daxil olublar.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev APA-ya faktı təsdiqləsə də, zəvvarın kimliyi barədə məlumat verməyib.

Qeyd edək ki, azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparacaq sonuncu təyyarə bu gün yola salınacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/12857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR