Bakı-2015: Azərbaycan Avropa oyunlarında 31-ci medalı qazandı

Bakı-2015: Azərbaycan Avropa oyunlarında 31-ci medalı qazandı
17:14 20 İyun 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulacaq.

 

Apasport.az saytının məlumatına görə, komanda və fərdi çoxnövçülük yarışlarının ardından gimnastlar ayrı-ayrı hərəkətlərdə ən güclüləri müəyyənləşdirir.

 

Milli Gimnastika Arenasında ümumilikdə 10 dəst medal sahibini tapacaq. Qadınlar 4, kişilər 6 hərəkətdə çıxış edir. Hər yarışda 6 idmançı qüvvəsini sınayır.

 

Mükafatlar uğrunda Azərbaycan gimnastı Oleq Stepko da mübarizə aparır. Komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz bu gün daha 4 mükafat uğrunda yarışır.

 

Belə ki, Oleq Stepko 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda da qüvvəsini sınayıb.

 

Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatdır. Gimnastımzıla yanaşı, ilk “üçlük”də sloveniyalı Saso Bartonsel (14,966), böyük britaniyalı Brinn Bevan (14,200) yer alıb.

 

Saat 18:52-də paralel qollarda yarışa start veriləcək. Stepko Avropa Oyunlarındakı son çıxışını yerinə yetirəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR