"Azərbaycanda gimnastika sürətlə inkişaf edir"

"Azərbaycanda gimnastika sürətlə inkişaf edir"
17:17 20 İyun 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Biz ailəlikcə gimnastika yarışlarını diqqətlə izləyirik və ölkəmizdə gimnastikanın necə inkişaf etməsini görürük.

Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları nəvələri ilə birgə izləməyə gəlmiş gimnastika həvəskarı Pərvanə Şükürova deyib.

O bildirib ki, Azərbaycanda idmana böyük diqqət göstərilir və idmanımız, o cümlədən gimnastiaka sürətlə inkişaf edir: "Bu Milli Gimnastika Arenasına isə söz ola bilməz. Mən bir çox xarici ölkələrdə olmuşam, konfranslarda iştirak etmişəm. Azərbaycan bu cür arenaları ilə heç bir ölkədən geri qalmır, hətta deyərdim ki, üstündür. Təşəkkür edirik prezidentimiz İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ki, ölkəmizdə belə şərait yaradıblar. Bunun hamısı xalqımıza, uşaqlarımızın sağlam böyüməsinə xidmət edir".

P.Şükürova birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən də danışıb: "Bir azərbaycanlı kimi bizim üçün böyük fəxrdir ki, ölkəmizdə belə Oyunlar keçirilir. Çox fəxr hissi duyuram. Bizim də vətəndaş borcumuzdur ki, gəlib bu Oyunlarda iştirak edək, komandalarımıza dəstək olaq, onları ruhlandıraq. Uşaqları da gətiririk ki, baxsınlar, idmana maraqları yaransın".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR