İdmançımızdan daha bir medal - yenilənir

İdmançımızdan daha bir medal -  yenilənir
17:21 20 İyun 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

İdman gimnastikası üzrə çöxnövçülük yarışlarının final mərhələsinə start verilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, idmançılar 6 hərəkət (gimnastik at üzərində, halqalar, sərbəst hərəkələr, paralel qollar, dayaqla tullanma, turnik) üzrə medallar uğrunda mübarizə aprırlar.

Finalda Azərbaycan gimnastı Oleq Stepko da iştirak edir.
_________

Kişilər arasında idman gimnastikasının çöxnövçülük yarışlarında sərbəst hərəkətlərdə ispaniyalı Zapata Santana (15,333) ən yüksək nəticə göstərərək qalib olub. Almaniyalı Fabian Hamburken (15,100) ikinci, Rusiyalı David Belavski (15,000) üçüncü yeri tutublar.
___________________

Kişilər arasında gimnastika atı üzərində hərəkət yarışlarına yekun vurulub. Bu yarışlarda ölkəmizi təmsil edən Oleq Stepko 14.600 xal toplayaraq gümüş medala sahib olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva arenada idmançımızın çıxışına baxıblar.

Birinci yeri 14.966 xalla sloveniyalı Saso Bertonselj, üçüncü yeri isə 14.200 xalla böyük britaniyalı Brin Bevan tutub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR