İnformasiya texnologiyaları “TransCaspian -2015”-in əsas sektorlarından birini təşkil edəcək

İnformasiya texnologiyaları  “TransCaspian -2015”-in əsas sektorlarından birini təşkil edəcək
14:46 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İnformasiya texnologiyaları “TransCaspian -2015” 14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisinin əsas sektorlarından birini təşkil edəcək.
 
Sözügedən sektorda nəqliyyat və anbar logistikasına nəzarət, idarəetmə üzrə informasiya sistemləri, naviqasiya və monitorinq sistemlərinin nümayişi nəzərdə tutulur. Sərginin təşkilatçısı “Iteca Caspian LLC”-dən qeyd edilib ki, “TransCaspian” yükdaşıma şirkətlərinin yük sahibləri ilə görüşü üçün işgüzar platforma olmaqla yanaşı, nəqliyyat xidmətlərinin Xəzər və Cənubi Qafqaz regionlarında təşviqi baxımından səmərəli vasitədir. Hər il sərgiyə 2000-dən artıq peşəkar ziyarətçi gəlir və onların da arasında müəssisə rəhbərləri, maddi-texniki təchizat üzrə menecerlər, habelə yüklərin daşınması və logistikası üzrə cavabdeh şəxslər var:
 
“Sərgi həmçinin dəmiryol maşınqayırması üzrə fəaliyyət göstərən şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə görüşü üçün ideal şərait yaradır. Bundan əlavə, sərginin daimi iştirakçıları arasında çay və dəniz limanları, eləcə də gəmiqayırma, kommersiya nəqliyyatı, maddi-texniki təchizat və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər var”.
 
 
Qeyd edək ki, “TransCaspian” sərgisi hər il təşkil olunan “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Traffic”) sərgisi ilə paralel keçirilir. Sərginin digər sektorlarına nəqliyyat xidmətləri, maddi-texniki təchizat xidməti, dəmiryol nəqliyyatı, kuryer və ekspress çatdırma, sığorta, nəqliyyat avadanlıqlarının lizinqi, sərmayə proqramları və s. daxildir. Ötənilki sərginin hesabatına əsasən, ziyarətçilərin yalnız 8 faizi “TransCaspian -2014”-ün informasiya texnologiyaları sektoru ilə maraqlanıb.
 
 
 
Həqiqət İSABALAYEVA

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR