Ermənilərə xüsusi mesaj

Ermənilərə xüsusi mesaj
14:46 21 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

"Gümrü şəhərində baş vermiş faciəni siyasiləşdirmək cəhdləri yolverilməzdir".

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O deyib ki, biz indi bu vəziyyətin siyasiləşdirilməsi cəhdlərini görürük. Belə cəhdlər təkcə Ermənistanda deyil, Rusiyada da edilir. Bunu arzulayanlar bu faciədən sui-istifadə edərək hansısa geosiyasi üstünlüklər qazanmaq istəyirlər. Bu iyrəncdir, bu, yolverilməzdir.

Rusiyanın XİN rəhbəri deyib: "Biz hər şey edəcəyik ki, bu cinayət cəzasız qalmasın, günahkar ən sərt cəzanı çəksin. Nə lazımdır edəcəyik ki, bundan sonra oxşar hadisələr təkrarlanmasın. Əminəm ki, yaranmış vəziyyətdən Rusiya-Ermənistan münasibətləri zərər çəkməyəcək."

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən güllələnərək öldürülüb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR