Azərbaycan gimnastı "Bakı-2015" İlk Avropa Oyunlarında gümüş medal qazanıb

17:38 20 İyun 2015
59 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun AZƏRTAC
Milli Gimnastika Arenasında idman gimnastikasının çoxnövçülük yarışlarında iki hərəkət üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbəri ki, gimnastika atında hərəkətlərdə Azərbaycan təmsilçisi Oleq Stepko (14,600) gümüş medala sahib olub. Qızıl medalı Sloveniyalı Saso Bertoncej (14,966), bürünc medalı isə İngiltərəli Brin Bevan (14,200) əldə edib.
Sərbəst hərəkətlərdə İspaniyalı Zapata Santana (15,333) ən yüksək nəticə göstərərək qalib olub. Almaniyalı Fabian Hamburken (15,100) ikinci olub, Rusiyalı David Belavski (15,000) üçüncü yerə layiq görülüb.
Qadınlar arasında dayaqla tullanma hərəkətlərdə isə qızıl medal İsveçrəli Guliya Stengburgerə (14,999) nəsib olub. Gümüş medalı rusiyalı Seda Tutkalyan (14,683), bürünc medalı isə Niderland gimnastı Lisa Top (14,016) qazanıb.
Qaliblərə medalları "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
Qızıl medal qazanmış ölkələrin himni səsləndirilib, dövlət bayraqları ucaldılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_gimnasti__quotBaki_2015_quot_Ilk_Avropa_Oyunlarinda_gumus_medal_qazanib-865694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR