Çempionumuz: "Sabahdan oruc tutacam"

Çempionumuz: "Sabahdan oruc tutacam"
18:01 20 İyun 2015
63 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Oyunlarının taekvondo üzrə 80 kq-dan artıq idmançılar arasında döyüşlərin qalibi Radik İsayev prezident İlham Əliyev tərəfindən mükafatlandırıldıqdan sonra jurnalistlərə fikirlərini bildirib.

"Final döyüşüm çox ağır oldu. Çünki çox güclü rəqiblə üz-üzə gəlirdim. Bu idmançıya əvvəl 2 dəfə uduzmuşdum. Şükür Allaha ki bu dəfə ona Bakıda qalib gəldim. İndi Olimpiada haqda düşünmək istəmirəm. Çünki yaxınlarımla istirahət edəcəyəm. Həmişəki kimi qələbəni valideynlərimə həsr edirəm. İl mənim üçün uğurlu keçdi. Dünya çempionu olmuşdum, indi isə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi adını qazandım".

İsayev oruc tutması haqda isə bunları deyib: "Döyüş vaxtları oruc tutmuram. Allah günahlarımızdan keçsin. Amma sabahdan oruc tutmağa başlayacağam. 1 həftə istirahət etmək imkanım var".

Qeyd edək ki, Azərbaycana 13-cü qızıl medalı qazandıran Radik İsayev finalda rusiyalı Vladislav Larini məğlub edib - 4:3.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR