Çexiya "bonkrot" oldu

Çexiya "bonkrot" oldu
18:11 20 İyun 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Çexiya maliyyə çatışmazlığından əziyyət çəkir. Elə bu səbəbdən ölkənin Xarici İşlər Nazirliyi sərt iqtisadi siyasət çərçivəsində qəti tədbirlərə əl atacağını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Çexiya vəsait çatışmazlığı səbəbindən 45-dək xarici ölkədə səfirliyi bağlamaq qərarına gəlib. Bu, 270-ə yaxın işçini ixtisarı deməkdir.

Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, maliyyə problemlərinin qalacağı təqdirdə Çexiya özünün xarici siyasət prioritetlərinə yenidən baxmağa məcbur olacaq. İndi nazirlik bu barədə təkliflərini müzakirə üçün parlamentə göndərib. Sənəddə maliyyənin ixtisarının milli valyuta – kronun məzənnəsinin aşağı düşməsi ilə bağlı olduğu göstərilir. Belə ki, xaricdə yerləşən səfirliklər əməliyyatları yerli valyuta ilə həyata keçirirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR