“Yeni ay” qurğusu Birləşmiş Ərəb Əmirliyinin çiçəklənməsindən xəbər verəcək

“Yeni ay” qurğusu Birləşmiş Ərəb Əmirliyinin çiçəklənməsindən xəbər verəcək
18:33 20 İyun 2015
169 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Ramiz Quliyev, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində “Yeni ay” qurğusunun tikintisi planlaşdırılır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, aypara formasında olacaq qurğu Şərq ölkələrinin enerji və güc simvolu ilə yanaşı, BƏƏ-nin bügünkü çiçəklənməsindən xəbər verəcək.
Binanın daxilindəki beş müxtəlif səviyyəli meydançalar islam dininin namaz, oruc, həcc ziyarəti, zəkat və kəlmeyi şəhadət kimi 5 vacib əməlini simvolizə edəcək. Konstruksiyada konfrans zalı, kafe, uşaq kitabxanası və sorğu stolu yerləşəcək.
Binanın ərəb əlifbası ilə yazılmış fasad hissəsi polad karkasdan ibarət olacaq. Memarların fikrincə,
bu “Yeni ay”ın bütün meydançalarının işıqlandırılması və hava temperaturunun tənzimlənməsinə imkan verəcək.
Layihə bütünlüklə ekoloji standartlara uyğundur.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_ay_qurgusu_Birlesmis_Areb_Amirliyinin_chicheklenmesinden_xeber_verecek-865711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR