x
Loading...

Bakı-2015: Azərbaycan gimnastı 4-cü medalını qazanıb

17:52 20 İyun 2015
37 İdman
Ölkə mətbuatı
A- A+
.

[ 20 İyun 2015 18:47 ]

Bakı-APA. Azərbaycan yığması Bakı-2015 I Avropa Oyunlarında növbəti medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, millimizin heyətində bu uğura gimnastımız Oleq Stepko imza atıb.

 

O, Milli Gimnastika Arenasında keçirilən dayaqla tullanma yarışında üçüncü nəticə göstərib.

 

Belə ki, hakimlər idmançımızın ilk cəhdini 14,933, 2-ci yanaşmasını 15,000 xalla qiymətləndiriblər. Ümumi nəticədə 14,966 xal yığan Stepko 3-cü yeri tutaraq, növbəti dəfə fəxri kürsüyə yüksəlib. Bu bürünc medal onun Bakı-2015-də 4-cü, yığmamızın 32-ci mükafatı olub. Gimnastımız ukraynalı Oleq Vernyayev (15,266) və hollandiyalı Kazimir Şmidtdən (15,166) geri qalıb.

 

Qeyd edək ki, Stepko bunadək komanda yarışında bürünc, fərdi çoxnövçülükdə və bu gün keçirilən gimnastika atında gümüş medal qazanıb. O, saat 18:52-də başlayacaq daha bir yarışda - paralel qollarda qüvvəsini sınayacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR