x
Loading...
.

3 idmançımız mübarizəni dayandırdı

3 idmançımız mübarizəni dayandırdı
17:56 20 İyun 2015
40 İdman
Ölkə mətbuatı
A- A+
.

"Bakı-2015" I Avropa Oyunlarında kamandan oxatma yarışlarında kişilərin fərdi mübarizəsi davam edir. ANS PRESS-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda 1/32 final mərhələsi keçirilir.

Azərbaycan bu yarışda 3 idmançı ilə təmsil olunub. Hər üç oxatanımız 1/32 finalda uduzaraq, mübarizəni dayandırıb.

Hədəf önünə keçən ilk oxatanmız Aleksey Kopnin olub. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşan təmsilçimiz 2:6 (1:1, 1:1, 0:2, 0:2) hesabı ilə məğlub olub.

Taras Senyuk lüksemburqlu Ceff Henke llə üz-üzə gəlib. Bu görüşdə 6:4 (2:0, 0:2, 1:1, 1:1, 2:0) hesabı ilə qalib gələn rəqib 1/16 finala adlayıb.

Roman Vengerovun rəqibi isə fransalı Lukas Daniel olub. Təmsilçimiz 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan oxatanlarından yalnız qadınların yarışında çıxış edən Olqa Senyuk mübarizəni davam etdirir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR