Güləşçilərimiz İranda beynəlxalq turnirdə iştirak edəcəklər

Güləşçilərimiz İranda beynəlxalq turnirdə iştirak edəcəklər
14:53 21 Yanvar 2015
517 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

29-30 yanvar 2015-ci il tarixdə İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçiriləcək. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə bildiriblər ki, məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi altında turnirə yollanancaq yunan-Roma yığmasının heyətinə 10 güləşi daxil edilib. Turnirdə ölkəmizi Mirsirac Həsənli (42 kq), Ramal Əhədli (46 kq), Nurağa Yusifli (50 kq), Xancavad Məcidzadə (54 kq), Məhəmmədəli Həsənli (58 kq), Ceyhun Nəsirov (63 kq), Cavanşir Qasımov (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Rauf Məmmədli (100 kq) təmsil edəcəklər.

Sərbəst güləşçilərin yarışında isə Şahin Muxtarov (42 kq), İntiqam Vəlizadə (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Fazil Həsənov, Fizuli Hüseynov (hər ikisi 58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Ravil Babazadə və Əhliman Quliyev (hər ikisi 76 kq) mübarizə aparacaq. Yığma komandaya böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədov rəhbərlik edəcəklər.

Beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev görüşlərin idarə edilməsində iştirak edəcək.

Turnirin proqramına əsasən, yanvarın 29-da sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq, yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Sərbəst güləş üzrə 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşi üzrə 42, 50, 58, 69 və 85 kq çəkidə idmançılar isə yanvarın 30-da mübarizə aparacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2355555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR