Barmaqarası TƏHLÜKƏ: “vetnamka” çox geyinsəniz...

Barmaqarası TƏHLÜKƏ: “vetnamka” çox geyinsəniz...
18:42 20 İyun 2015
162 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən yaydan kənara qoyulan "vetnamka"lar artıq geyinilməyə başlayıb. Bir çox modeli olan "vetnamka"ları həm rahat olduğu, həm də sərin saxladığı üçün işə belə geyinirik.
Bəs şıq olduğunu düşündüyünüz bu "vetnamka"lar nə dərəcədə təhlükəsizdir?
 
Araşdırmalar ayaq sağlamlığını pozan bu ayaqqabıların zərərlərini ortaya çıxarıb. 
Milli.Az lent.az-a istinadənaraşdırmanın nəticələrini təqdim edir. 
 
"Vetnamka" barmaq arası ilə ayağa nazik qayış sayəsində sarılır. Bu da barmaq arası əzələlərin dözməsi üçün həddən çox yorulmasına səbəb olur. Nəticədə əzələlər fəsad ala və ayaq barmağında tendon problemlər ortaya çıxa bilər. Tendonlar əzələləri sümüyə bağlayar və problemi olanda şiddətli ağrılara yol açar. 
 
İki barmaq arasında qalan plastik, ya da dəri qayış şişmə, qızartı və su toplanması kimi problemlərə yol açır. 
 
Çox "vetnamka" geyinmək ayaqda çat riskini artırır. 
 
"Vetnamka" geyinəndə adamın yerişi dəyişir. Daha kiçik addımlar atır, topuğun yerə toxunma dərəcəsi dəyişir. 
 
Araşdırmaya görə, "vetnamka"da 18 min ədəd bakteriya olur. 
 
Ayaq tərlədiyi vaxtlarda ayaq dabanında göynəmə və şişməyə yol açır. 
 
Topuq bölgəsində şiddətli ağrılara yol aça bilər. "Topuq tikanı" problemi riski də var.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/351586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR