Gəncə Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin nümayəndələri ilə görüş

Gəncə Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin nümayəndələri ilə görüş
14:53 21 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 21 yanvar, AzərTAc
Gəncə Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin nümayəndələri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, şəhid ailələrinin təklif, müraciət və şikayətlərinə baxılması, onların ehtiyaclarının təmin edilməsi məqsədilə keçirilən görüşdə şəhərin idarə, təşkilat və müəssisə rəhbərləri də iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələrinin üzvlərinin hər birini ayrılıqda dinləyərək onların qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.
Görüşdə şəhid ailələrinin üzvləri çıxış edərək işlə təminat, mənzil və ya torpaq sahəsinin ayrılması, qəzalı evlərin təmiri, eləcə də təbii qaz, işıq, su təminatı sahəsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müraciətlər ediblər. Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gence_Seher_Icra_Hakimiyyetinde_sehid_ailelerinin_numayendeleri_ile_gorus-826368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR