Azərbaycan "Azadlıq Radio"sunun əməkdaşını "qara siyahıya" salır

Azərbaycan "Azadlıq Radio"sunun əməkdaşını "qara siyahıya" salır
14:54 21 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Nazirliyi (XİN) “AzadlıqRadiosunun”nun əməkdaşının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, “azadlıqradiosu.az” internet ünvanında fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş material araşdırılıb. Saytda yerləşdirilmiş materialın müəllifi - “AzadlıqRadiosunun”nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada foto çəkilişlər aparması barəsində rəsmi Bakı müvafiq qərar verib: "Azərbaycan Respublikasının rəsmi icazəsi olmadan “Azadlıq Radiosunun”nun öz əməkdaşını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında qanununun pozulmasıdır".


 

Onun sözlərinə görə, Azadlıq radiosunun bu cür qərəzli davranışı eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız ilə əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən “Azadlıq Radiosu” bu fotolar vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur”.


 

Hikmət Hacıyev vurğulayıb ki, müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunan şəxs “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR