Yunanıstan borcun ödənişilə bağlı yeni təklif verəcək

Yunanıstan borcun ödənişilə bağlı yeni təklif verəcək
20:17 20 İyun 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Bazar ertəsi keçiriləcək Aİ sammitindən əvvəl Yunanıstanın dövlət naziri borcun ödənişilə ilə bağlı yeni təkliflə çıxış edəcəyini bildirib.
Avropa Komissiyası Beynəxalq Valyuta Fondu (BVF) və Avropanın Mərkəzi Bankı Yunanıstana maliyyə yardımı ayırmaqdan öncə vergi, büdcə və sosial xidmət sahəsində, islahatların keçiriləcəyinə əmin olmaq istəyirlər.
Milli.Az BBC-yə istinadən bildirir ki, Yunanıstan Beynəlxalq Valyuta Fondunun (BFV) 1.6 milyard avro həcmində krediti üzrə ödəniş barədə iki həftə ərzində kreditorlarla razılığa gələ bilməsə defoltla üzləşə bilər.
Zirvə görüşündən əvvəl Yunanıstanın baş naziri Alexis Tsipras "Aİ qaydaları və demokratiyaya əsaslanan çözümün" tapılacağına inandığını deyib.
Bundan əvvəl Almaniya kansleri deyib ki, bazar ertəsi keçəcək fövqəladə sammitdən əvvəl Yunanıstan və kreditorlar arasında razılaşmaya nail olmaq lazımdır. Əks təqdirdə sammit heç bir qərar çıxara bilməyəcək, Angela Merkel bildirib.
Ötən həftə ərzində Yunanıstan bank hesablarından 4 milyard avronun çəkilməsi barədə xəbərlər maliyyə sisteminin sabitliyi ilə bağlı narahatlıqlara zəmin yaradıb.
Cümə günü Avropanın Mərkəzi Bankı Yunanıstan banklarına əlavə yardım fondunu təsdiqləyib. Hərçənd ki, onun həcmi barədə rəsmi məlumat verilmir.
Yunanıstanın ümumi borcu 323 milyard avroya yaxındır.
Rusiya belə bir müraciətin daxil olduğu təqdirdə Afinaya kredit ayrılmasını nəzərdən keçirəcəyini bildirib.
Beynəlxalq Valyuta Fonduna borcu üzrə ödənişin yerinə yetirilmədiyi təqdirdə Yunanıstan mümkündür ki, avrozona və hətta Avropa İttifaqını tərk edə bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR