Ukrayna Ali Radasının deputatı, “Sağ Sektor”un lideri Dmitri Yaroş cəbhədə yaralanıb

Ukrayna Ali Radasının deputatı, “Sağ Sektor”un lideri Dmitri Yaroş cəbhədə yaralanıb
14:57 21 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 14:51 ]

Bakı - APA. Ukrayna Ali Radasının deputatı, “Sağ Sektor” Partiyasının lideri Dmitri Yaroş Donbassda gedən döyüşlərdə yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə öz “Facebook” səhifəsində ordunun təminatına kömək edən könüllülərdən (volontyor) biri olan Roman Donik məlumat verib.

 

“Növbəti feyk dalğasının, nekroloqların və panikanın qarşısını almaq üçün bildirirəm ki, Dmitri Yaroş “Qrad” qəlpəsindən yüngül yaralanıb. Yumşaq toxumalar yüngülcə zədələnib, sümükdə hər hansı zədə yoxdur. Xəstəxanaya aparılmasına ehtiyac yaranmayıb. “Zelyonka” sürtdülər və döyüşməyə davam edir”, - deyə R. Donik yazıb. 

 

Qeyd edək ki, “Sağ Sektor”un könüllü batalyonu Donbassda gedən döyüşlərdə iştirak edir. 


 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR