Bu gün ilk Avropa Oyunları çərçivəsində idman gimnastikasında kişilər arasında paralel qollarda hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov iştirak edib.
Birinci yeri Azərbaycan gimnastı Oleq Stepko qazanıb. O, 15.733 bal toplayıb.
İkinci yeri rusiyalı gimnast David Belyavskiy, üçüncü yeri isə rumıniyalı gimnast Marius Berbekar qazanıblar.
Milli.Az