İbadətdə səmimiyyət

İbadətdə səmimiyyət
20:57 20 İyun 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Bütün ibadətlər insanın özü üçündür. Oruc isə ancaq Allah üçün tutulur. Bunun hikməti nədir, bilmirik. Onu bilirik ki, Allah-Təalanın heç bizim orucumuza da ehtiyacı yoxdur. 

Dində, ibadətdə səmimiyyət çox ciddi məsələdir. Peyğəmbər Əfəndimiz  bir hədisi-şərifində buyurmuşdur ki, Kəbənin başına dolandığın anda günahlarının bağışlanmayacağını düşünmək çox ağır günahdır. Əslində o ibadət zamanı o cür düşünmək hər şeyi dəyərsizləşdirir, Allah-Təalanın mərhəmətinə şübhə oyadır. Ona görə də bu məsələni dönə-dönə vurğulamağı özümüzə borc bilirik ki, insan ibadət zamanı səmimi olmalıdır. İbadətinin qəbul olunacağına inanmalıdır. Onun savabını görəcəyinə əmin olmalıdır. Yoxsa elə-belə, candərdi, kimisə təqlid eləmək xatirinə yerinə yetirilirsə, o ibadətdən çox böyük fayda gözləmək olmaz. İnanmaq, əmin olmaq ibadətin təməl duyğularındandır. Gecə saat 4-də yatağımızdan qalxıb bir stəkan su ilə də olsa, qarşıdakı Ramazan gününə hazırlaşırıqsa, dəstəmaz alıb, sonra da yönümüzü qibləyə çevirib "Allahım, sənə şükürlər olsun" deyib iki rükət namaz qılırıqsa, imsaqdan iftara qədər ağzımızı dünya nemətlərinə bağlayırıqsa, mütləq bu ibadətlərin mükafatını alacağımıza əmin olmalıyıq. Bir də ki, əmin olmasaq, dünyanın nə ləzzəti olar ki... 
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR