Amina Zaripova: İlk Avropa Oyunları idmanda mühüm tarixi hadisədir

Amina Zaripova: İlk Avropa Oyunları idmanda mühüm tarixi hadisədir
21:18 20 İyun 2015
42 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarında iştirak edən Rusiyanın bədii gimnastika üzrə qadınlardan ibarət yığmasının məşqçisi Amina Zaripova yetirmələrinin çıxışını və yarışların təşkilati tərəfini yüksək dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, məşqçi “Bütün idman” (“Весь спорт”) informasiya agentliyinə açıqlamasında Avropa Oyunlarının yüksək əhəmiyyətini qeyd edərək rusiyalı bədii gimnastların çıxışından məmnunluğunu ifadə edib. O deyib: “Bakıda təşkil olunan birinci Avropa Oyunları idman tarixində mühüm hadisədir və məhz bu məqam da yetirməm Marqarita Mamunun üzərində əlavə məsuliyyət hissi yaratdı. Hesab edirəm ki, o, uğurlu çıxışı sayəsində öz üzərinə düşən vəzifənin öhdəsindən gələrək çoxnövçülükdə 75,650 bal topladı”.
A.Zaripova daha sonra deyib: “Sevinc emosiyaları məni hələ də tərk etməyib. İyunun 21-də müxtəlif hərəkətlər üzrə final yarışları keçiriləcək və orada kvalifikasiya nəticələrinə görə hər ölkədən yalnız bir gimnast iştirak edə biləcək. Marqarita gürzlə çıxış edəcək. Moskvaya isə iyunun 22-də qayıdacağıq”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amina_Zaripova_Ilk_Avropa_Oyunlari_idmanda_muhum_tarixi_hadisedir-865747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR