2014-cü il soyuq müharibə başa çatandan etibarən ən münaqişəli və qanlı il olub

2014-cü il soyuq müharibə başa çatandan etibarən ən münaqişəli və qanlı il olub
20:23 20 İyun 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+


Stokholm, 20 iyun, AZƏRTAC
2014-cü il soyuq müharibə başa çatandan etibarən ən münaqişəli və qanlı il olub. İsveçin Upsala Universitetinin alimləri bu qənaətə “Conflict Data Program UCDP” layihəsinin nəticəsi üzrə hesabatda gəliblər.
Alimlərin fikrincə, 2014-cü ildə hərbi münaqişələrin rekord həddi qaçqınların sayının artmasına gətirib çıxarıb ki, İkinci Dünya müharibəsindən indiyədək bu qədər qaçqın qeydə alınmayıb. Qaçqınların sayı təxminən 60 milyona çatır ki, onların yarısını uşaqlar təşkil edir.
Keçən il planetin 27 müxtəlif yerində 40 hərbi münaqişə baş verib. 1999-cu ildən indiyədək bu qədər sayda münaqişə olmayıb. Hərbi toqquşmaların qurbanlarının sayı 100 min nəfəri ötüb. Qurbanların çoxu Suriyadakı müharibə ilə əlaqədar olub. Lakin Əfqanıstan, İraq, Nigeriya, habelə Ukraynada silah tətbiqi çoxalıb.
Suriyada münaqişə qurbanlarının sayı 50 mini ötüb ki, bu da digər 39 münaqişə qurbanlarının ümumi sayından çoxdur. İraq və Əfqanıstanda hərbi əməliyyatlar nəticəsində bu ölkələrin hər birində təxminın 12 min insan həlak olub. Hərbi münaqişə Ukraynada 3500, Cənubi Sudanda 1600 insanın həyatına son qoyub.
Hesabatda vurğulanır ki, 2014-cü ildə 40 hərbi münaqişədən 39-u dövlətin daxilində baş verib, lakin onlardan 13-də müharibə edən tərəflər üçüncü ölkədən kömək alıblar.
Tədqiqat müəlliflərinin fikrincə, hazırda üç və daha çox tərəfin qoşulduğu münaqişələrin artım tendensiyası müşahidə olunur. Bu isə alimləri narahat edir, çünki münaqişədə iştirak edən tərəflərin hamısının maraqlarını nəzərə almaq lazım gəldiyindən, onları həll etmək çətin olur.
Dünyada müşahidə olunan kifayət qədər tutqun mənzərə ilə yanaşı, müsbət tendensiyalar da var. Məsələn, 2014-cü ildə sülh müqavilələrinin sayı artıb. Ötən il cəmi 10 müqavilə imzalansa da, 2013-cü illə müqayisədə çoxdur.
Qeyd edək ki, Upsala Universiteti alimlərinin hesabatı təfsilatı ilə “Journal of Peace Research” adlı beynəlxalq nəşrdə bu ayın sonunda dərs ediləcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2014_cu_il_soyuq_muharibe_basa_chatandan_etibaren_en_munaqiseli_ve_qanli_il_olub-865752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR