x
Loading...

Oleq Stepko: Artıq Azərbaycan gimnastlarından çəkinirlər

Oleq Stepko: Artıq Azərbaycan gimnastlarından çəkinirlər
20:24 20 İyun 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+
.

“Mənim üçün çox ağır gün oldu. Amma Avropa Oyunlarını yüksək notda bitirdim”.

Bunu apasport.az saytına Azərbaycan gimnastı Oleq Stepko deyib.

 

Avropa Oyunlarının beşqat mükafatçısı 3 medal qazandığı idman gimnastikasının sonuncu günü ilə bağlı fikirlərini açıqlayıb: “Milli Gimnastika Arenasında çox gərgin atmosfer vardı. Çıxışımı uğurla bitirdim. Çox sevinirəm ki, bu gün 1 dəst medal əldə etdim. Emosiyalarım aşıb-daşır. Deyərdim ki, əldən düşmüşəm. Amma ümumilikdə çox məmnunam. Uğurlu çıxışıma inanan insanların ümidlərini puç etmədim. Azərbaycan prezidentinin, Gimnastika Federasiyasının və məşqçimin etimadını doğrulduğum üçün şadam. Onlara dəstəyə görə təşəkkür edirəm. Azarkeşlərə də minnətdaram. Artıq Azərbaycan gimnastlarından çəkinirlər. Gimnastikanı inkişaf etdirəcəyik, uşaqlarınızı bu idman növünə gətirin”.

 

Qeyd edək ki, komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan Stepko bu gün ayrı-ayrı hərəkətlərdə mübarizə apararaq, bir dəst medal qazanıb. O, paralel qollarda qızıl, gimnastika atında gümüş və dayaqla tullanmada bürünc mükafata sahib olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR